ABŞ mərkəzi bankı funksiyasını həyata keçirən Federal Ehtiyatlar Sistemi (FES) bu həftə növbəti toplantısını keçirərək, son 28 ilin ən sərt faiz artımını edə bilər.
ONN media xəbər verir ki, bazarlar FES-in uçot dərəcəsini 0,75 bənd artıracağını gözləyir. Fyuçer qiymətləndirmələrinə əsasən FES-in buhəftəki iclası da daxil olmaqla, növbəti üç iclasda 1,75 faiz bəndi faiz artımına gedəcək. İlk iclasda faizlər 0,75 bənd, növbəti hər bir iclasda isə 0,5 bənd artım elan olunacağı proqnozlaşdırılır.
FES-in bu cür sərt tədbirlərə əl atması ABŞ-da keçən həftə açıqlanan inflyasiya göstəriciləri ilə bağlıdır. Ötən həftə açıqlanan məlumatlara görə, istehlakçı qiymət indeksi mayda illik 8,6 faiz artaraq, 1981-ci ilin dekabrından bəri ən yüksək artım göstərib.
ABŞ Maliyyə Nazirliyi və FES inflyasiya proqnozunun daha da pisləşməsindən narahatdırlar. Ehtimal edir ki, FES maliyyə siyasətini sərtləşdirməsə illik inflyasiya 9 faizə çata bilər.
ABŞ-ın maliyyə mütəxəsisləri hesab edir ki, mövcud vəziyyət staqflyasiyanın (bahalaşma və işsizliyin eyni anda baş verməsi – red.) əlamətləridir. Onların qənaətincə, bu hal uzunmüddətli olarsa, ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyəcək.
Qeyd edək ki, faiz dərəcələrinin sərt şəkildə artırılacağı gözləntisi dolları yenidən bahalaşdırır. İyun ayının əvvəlindən bəri dollar təxminən 3,7 faiz bahalaşıb.



FED uçot dərəcəsini 0-0,25 faizdə saxladı
Dollarla bağlı mühüm qərar verildi
Dollarla bağlı VACİB QƏRAR
Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR
Dollar bahalaşacaq? – Vacib AÇIQLAMALAR
FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
FES faiz dərəcəsini açıqladı
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi
Bu qərar dolları bahalaşdıra bilər
Mərkəzi Bank qərarını AÇIQLADI
Dollarla bağlı vacib qərar verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 