ONN media istedadlı gənc şair Nadir Qüdrətoğlunun "ŞUŞA" şeirini sizə təqdim edir.
Gəldim görüşünə müqəddəs torpaq
Mən Sənin hüsnünə vuruldum Şuşa
Gör neçə illərdir qalmışdıq uzaq
Öpüb torpağına sarıldım Şuşa
Gözlərimdə qəhər, könlümdə sevinc
Həsrətin gözünü dəlmişdim Şuşa
Sənin torpağında sənin yurdunda,
Dünyaya yenidən gəlmişdim Şuşa
Dağlar lay-lay deyir, göz oxşayırdı
Ruhum bədənimdən uçurdu Şuşa
İlhamım çağlayır, aşıb-daşırdı
Xoşbəxtlik arxamca qaçırdı Şuşa
Allah hər nemətdən pay verib sənə
Ən gözəl tərifə layiqsən Şuşa
Lalələr yaraşır məğrur sinənə
Sən zəfər çalmısan qalibsən Şuşa
Nadirin pas atmış susqun könlünə
Sən işıq salmısan lap əvvəl Şuşa
Darıxma gələcəm nə vaxtsa yenə
Mən sənin qoynuna ay gözəl Şuşa
Nadir Qüdrətoğlu



Şuşa istiqamətinə olan biletlərin hamısı satıldı
Şuşa qalasına böyük ölçülü bayrağımız asıldı
İşğaldan azad olunmuş Şuşa - Video
Şuşa şəhərinin havadan yeni görüntüləri - VİDEO
Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayrılıb
Arutyunyandan Şuşa ETİRAFI
Şuşada pişiklər üçün sığınacaq yaradıldı
Şuşada polis əməkdaşları işə başladı
Müdafiə Nazirliyi Şuşa ilə bağlı MƏLUMAT YAYDI
Şuşada ilk şirniyyat evi açıldı
Şuşada at sərgiləri keçiriləcək
Şuşada Xocalı qurbanları anıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 