Bakı meriyası əhalinin yay istirahətinin təşkili məqsədilə 15.06.2022-ci il tarixdən 8 marşrut xəttinin şəhər çimərliklərinə qədər uzadılması barədə qərar qəbul edib.
BNA-dan ONN media-ya verilən məlumata görə, sözügedən marşrutların başlanğıc məntəqəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzidir.
Yay mövsümündə vətəndaşların Koroğlu NMM-dən Mərdəkan çimərliyinədək (Şüvəlan – Buzovna yolu) ictimai nəqliyyatla birbaşa gedişinin təmin edilməsi üçün M10 nömrəli mövsümi ekspress marşrut xəttinin fəaliyyəti də bərpa edilib. M10 başlanğıc dayanacaq məntəqəsi “Koroğlu” NMM olmaqla, Şüvəlan – Mərdəkan çimərliyi (Şüvəlan – Buzovna yolu) istiqamətində əvvəlcədən müəyyən edilmiş dayanacaqlarda dayanmaqla vətəndaşlara xidmət göstərəcək. Marşrutun gediş haqqı 50 qəpikdir.
Digər 8 marşrutda gediş haqqı isə belədir:
101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək 30 qəpik, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək 50 qəpik, 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək 40 qəpik, 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək 50 qəpik, 172 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Bilgəh” bağlarınadək 40 qəpik, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək 35 qəpik, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək 40 qəpik, 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək isə 30 qəpik təşkil edəcək.
Qeyd edək ki, 15 iyundan çimərlik mövsümi açıq elan edilib.



Bu avtobuslar fəaliyyətini davam etdirəcək
Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirildi
Bakıda bu marşrutda gediş haqqı AZALDILDI
Bakıda bu avtobuslar çimərliklərə də işləyəcək
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bakıda 20-dən çox marşrutun hərəkət sxemi müvəqqəti dəyişəcək - SƏBƏB
Bakıda bu nömrəli avtobus xətti fəaliyyətini dayandırır
Bakıda bu marşrutların yolu dəyişdi
Bakıda 2 marşrut xəttinin hərəkət sxemi dəyişir
Bu marşrut xətlərinin hərəkət istiqaməti dəyişdirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 