Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Sirkətinin (SOCAR) adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir.
SOCAR-dan ONN media-ya verilən məlumata görə, müraciətlər əsasən sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsi ilə həyata kecirilir.
"Bununla əlaqədar olaraq mənbəyi məlum olmayan və SOCAR-ın rəsmi mənbələrində əks olunmayan heç bir məlumata etibar etməməyinizi, bu kimi hallarla rastlaşarkən dərhal hüquq mühafizə orqanlarına müraciət etməyinizi, habelə həmin məlumatı SOCAR-ın [email protected] ünvanına göndərməyinizi təkidlə xahiş edirik!", - qurumdan bildirilib.
Həmçinin qeyd olunub ki, SOCAR-ın adından istifadə edərək dələduzluqla məşğul olanların şirkətə heç bir aidiyyəti yoxdur.
SOCAR onun adından istifadə edərək verilən vədlər üzrə heç bir məsuliyyət daşımır. SOCAR-da işə qəbul şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata kecirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) yalnız şirkətin veb-saytının www.socar.az "karyera" bölməsinin "İşə qəbul" hissəsində elan olunur. Eyni zamanda SOCAR- ın vakansiyaları ilə bağlı məlumatlar "Linkedin" sosial şəbəkəsində mövcud olan "SOCAR Karyera" səhifəsində mütəmadi olaraq paylaşılır", - şirkətdən bildirilib.



SOCAR əhaliyə müraciət etdi
SOCAR adından edilən bu təkliflərə aldanmayın!
SOCAR adından yalan məlumat yayılır- XƏBƏRDARLIQ
SOCAR adını dəyişdirdi
SOCAR-dan benzinin bahalaşmasına MÜNASİBƏT
SOCAR-da mühüm yeni TƏYİNAT
SOCAR İsraildə neftayırma zavodu almaq istəyir?
“SOCAR Türkiye”də yeni təyinat oldu
SOCAR-ın ofisinə hücum edən 13 nəfər saxlanıldı
SON DƏQİQƏ: SOCAR işçilərini təxliyyəyə başladı - Axşama qədər...
AZAL vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
SOCAR-ın idarə rəisi vəzifəsindən azad olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 