Fransa Rusiyadan təbii qaz alışını dayandırıb.
ONN media xəbər verir ki, bu haqda Avropanın və Fransanın ən böyük təbii qaz daşıma və paylama şirkətlərindən olan GRTGAZ açıqlama yayıb.
Verilən açıqlamada Fransanın mövcud qaz ehtiyatlarının həcmini 50%-dən 56%-ə qaldırdığı, buna görə enerji təminatında heç bir problemin olmayacağı vurğulanıb.