Ötən gün Araqatsotn vilayətində baş verən atışmada ölənlərdən biri – Amayak Mikaelyan hərbçi olub.
ONN media xəbər verir ki, bu barədə yazan erməni mediası onun Müdafiə Nazirliyinin hərbi hissələrindən birində muzdla xidmət etdiyini bildirib.
Qeyd edək ki, hadisə ötən gün 20:30-da baş verib. Xəstəxanaya güllə yarası alan 7 nəfər gətirilib, onlardan biri xəstəxanaya çatanda artıq keçinmiş olub, digəri isə xəstəxanada ölüb. 5 yaralı ağır olduğundan, artıq İrəvan xəstəxanalarına göndərilib.
Erməni mediası hadisənin başvermə səbəbi ilə bağlı yazıb ki, hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Matevos Asatryanın qohumları və Araqatsotn qubernatorunun hakimiyyətyönlü müavini Edqar Parvanyanın əmisi oğlu Aparandan olan bir qrup gənclə əlbəyaxa davaya çıxıblar. Davanın gedişində sözügedən şəxslər “Kalaşnikov” avtomatından atəş açıblar. Davanın iştirakçılarından biri hadisə yerindəcə ölüb, 6 nəfər yaralanıb.
İnsident Niqavan kəndində baş verib.
İddialara görə, davaya səbəb bir qrup gəncin Ermənistan Baş naziri Nikol Paşinyanın ünvanına təhqir səsləndirməsi olub.



İrəvanda SİLAHLI İNSİDENT: Yaralı və ölən var
Qarabağda erməni əsgər öldü
Ukraynada əsgər xidmət yoldaşlarına atəş açıb, 5 hərbçi ölüb, 5-i yaralanıb
Ermənistanda hərbçinin ölümünə görə əsgər yoldaşı SAXLANILIB
Ermənistanda atışma olub- ÖLƏNLƏR VAR
Qarabağda erməni əsgəri öldü, digəri isə...
Ermənistanda hərbi hissədə ATIŞMA: 1 ölü, 2 yaralı
Güllə yarası alan erməni əsgər öldü
Erməni əsgər başından güllələndi
Göyçədə daha 3 erməni öldü
Döyüş mövqeyində əsgər başından yaralandı- NƏ BAŞ VERİR?
Azərbaycanlı aktyor qətlə yetirildi - Video
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 