Türkiyənin Muğla vilayətində yerləşən meşəlik ərazilərdə üç fərqli nöqtədə eyni zamanda yanğın baş verib.
ONN media xəbər verir ki, hadisə ilə bağlı məlumat verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi hazırda yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyini bildirib.
Son məlumata əsasən, güclü külək səbəbindən yanğını nəzarət altına almaq mümkün deyil. Havanın qaralması ilə təyyarə və helikopterlərin yanğına müdaxiləsi də çətinləşib. Yanğının baş verdiyi bölgəyə gedən yollar nəzarət altına alınıb, əraziyə girişlər qadağan olunub.
Bölgəyə çox sayda yanğınsöndürən maşın və 600-ə yaxın canlı qüvvə cəlb olunub.
Hidrometeoroloqlar iyunun 22-i günorta saatlarından etibarən küləyin təsirinin artacağını proqnozlaşdırırlar. Bu səbəbdən çox sayda helikopter və təyyarə ilə havadan söndürmə işlərinin aparılması planlaşdırılır.
Hadisə ilə bağlı Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) verilən son açıqlamada ölkənin Burdur, Aydın, Dənizli və Antalya vilayətlərindən mütəxəssislərin bölgəyə cəlb edildiyi, Afyonkarahisar, Kütahya, İzmir və Uşakda yerləşən qrupların isə həyəcan vəziyyətinə gətirildiyi bildirilir.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ilə daxili işlər naziri Süleyman Soylu yanğın ilə bağlı işləri araşdırmaq üçün bölgəyə hərəkət ediblər.



Türkiyədə MEŞƏ YANĞINI: helikopterlər havaya qaldırıldı
Türkiyədə yenidən meşə yanğını başladı
Türkiyədən yanğınla bağlı son xəbər
Antalyada meşə yanğını başlayıb
Türkiyədə daha bir meşə yanğını başladı
Bu ərazilərə giriş qadağan olundu
Türkiyədə meşə yanğınları ilə bağlı SON DURUM
Türkiyədə yenidən meşə yanğını başlayıb
Türkiyədə meşə yanğını başladı
Türkiyədə meşə yanğını baş verib- Sakinlər təxliyyə olunur
Türkiyədə yenidən meşə yanğını başladı
Türkiyədə meşə yanğınları ilə bağlı son durum
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 