Qarabağdakı separatçı-terrorçu rejimin qondarma rəhbəri Araik Arutyunyan Moskvadadır.
ONN media xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən yazır.
Nəşrin iddiasına görə, Arutyunyan bir neçə gündür Rusiyaya gedib və Moskvada müxtrəlif dairələrlə görüşlər keçirir. Səfərin gizli şəkildə edildiyi bildirilir.
“Səfərin məqsədi Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Zabuxun Azərbaycana təhvil verilməsi məsələsini aydınlaşdırmaqdır”, - nəşrin mənbələri qeyd edirlər.
10 noyabr Bəyannaməsinin şərtinə görə, Laçın dəhlizinə alternativ marşrut istifadəyə verildikdən sonra şəhərin mərkəzi və dəhliz üzərində yerləşən ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Ermənilər bunun icra edilməməsi istiqamətində çalışır. Mümkün təxribatların olması da istisna deyil, Arutyunyanın Moskvaya səfəri də bu gözləntini artırır.
Bununla yanaşı, separatçının Rusiyaya hansı pasportla getməsi, Moskvada qəbul olunması da diqqətçəkən məqamlardandır. Bu, Rusiyanın Qarabağdakı separatçı-terrorçuları de-fakto “tərəf” kimi qəbul etməsi deməkdir.



Laçında qalan ermənilər təxliyyə edilir
Arutyunyan Xankəndidən qaçmağa hazırlaşır
Arutyunyan təcili Moskvaya çağırıldı
Ermənilər Laçından nə vaxt çıxarılacaq?
Arutyunyan Moskvada ev alır
Araik Qarabağda Azərbaycanın qubernatoru olmaq istəyir - İDDİA
Arutyunyan Moskvaya gedir - SƏBƏB?
Paşinyan Arutyunyanı Moskvaya səfir göndərir
Araik Laçın dəhlizindən keçərkən nə baş verib?
Ermənilər Xankəndini kütləvi şəkildə tərk edir?
Paşinyanın Xankəndiyə zəngi nəyi dəyişdi?
Araikin Bakıya təslimiyyət istəyi nəticədə isə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 