Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Soltanpaşa oğlu Məlikov həbs edilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən ONN media-ya bildiriblər ki, Ə.S.Məlikova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində 4 ay (dörd) müddətində həbs qətimkan tədbiri seçilib.
Hərbi Prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Soltanpaşa oğlu Məlikovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə), 335.2-ci (Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırması) və digər maddələrində nəzərdə tutulan əməlləri törətməsinə əsaslı şübhələrin olduğu müəyyən edilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.



Avtoşluq edən əsgərlə bağlı ŞOK FAKTLAR- SƏN DEMƏ...
Üç hərbçimizin öldürülməsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
MN-də vəzifəli şəxs həbs olundu
SON DƏQİQƏ: Hərbiçimiz intihar etdi
Əsgərin ölümü ilə bağlı cinayət işi açıldı
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edildi
SON DƏQİQƏ: Əsgərimiz özünü güllələdi
Zabitimizi qətlə yetirən şəxsin aqibəti necə oldu?
Efirdə dalaşan meyxanaçılar illər sonra barışdılar
SON DƏQİQƏ: MN-də vəzifəli şəxs həbs edildi
MN avtoşluq edən əsgərlə bağlı məlumat yaydı
SON DƏQİQƏ: Əsgərimiz həlak oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 