Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.
ONN media xəbər verir ki, sərəncamla 6 polkovnikə general-mayor rütbəsi verilib. Onlardan biri tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevdir.
Digərləri isə polkovnik Nicat Kamandar oğlu Qarayev, polkovnik Akif Səməndər oğlu Pirverdiyev, polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmov, polkovnik Eldəniz Telman oğlu Yəhyayev və polkovnik Zaur İlham oğlu Zeynalovdur.
“Tibb xidməti general-mayoru” hərbi rütbəsi ilə təltif olunan Firudin Nəbiyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edir.
Genera-mayor rütbəsi alan Eldəniz Yəhyayev xidmət rəisidir. O, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışır.
Generar-mayor rütbəsinə yüksələn 46 yaşlı Zaur Zeynalov Xüsusi Təyinatlı Qüvvələrin mənsubudur. O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. Z.Zeynalov Vətən Müharibəsi Qəhrəmanı fəxri adına, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.
Generar-mayor rütbəsi ilə təltif edilən 47 yaşlı Zaur Rüstəmov İsmayıllıda anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti olan Rüstəmov Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlardan biridir. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.
O Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. "Qarabağ" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.



İlhan Əliyev sərəncam imzaladı
Prezident onlara general-mayor rütbəsi verdi - SƏRƏNCAM
Prezident bu hərbçilərə general-leytenant rütbəsi verdi - Siyahı
İlham Əliyev onlara general RÜTBƏSİ VERDİ - SİYAHI
Prezident bu şəxslərə general rütbəsi verdi
Prezident onlara general-leytenant rütbəsi verdi
Prezident bu şəxslərə general ali rütbəsi verdi - SƏRƏNCAM
Prezident bu generallarla bağlı SƏRƏNCAM İMZALADI
İlham Əliyev hərbi qulluqçulara ali hərbi rütbələr verdi - SİYAHI
Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi
İlham Əliyev onların da rütbəsini ARTIRDI
FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verildi - SƏRƏNCAM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 