ONN media xəbər verir ki, bu gün saat 19:00 radələrində metronun "Sahil" stasiyasında gərgin anlar yaşanıb.
Sərnişinlərin verdiyi məlumata görə, "İçərişəhər" - "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda anidən nasazlıq yaranıb.
Belə ki, qatar "İçərişəhər"dən "Sahil"ə doğru hərəkətdə olarkən müxtəlif səslər eşidilməyə başlayıb. Bu zaman sərnişinlər arasında panika yaşanıb. "Sahil" stansiyasında sərnişinlərdən dərhal qatarı tərk etmələri xahiş olunub.
Daha sonra qatar "Depo"ya yola salınıb. Xəttə əlavə qatar buraxılıb. Bununla belə, qatarlararası intervalda ləngimə yaranıb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında faktı təsdiqləyib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, "İçərişəhər"-"Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi anidən işə düşüb.
"Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri "Sahil" stansiyasında düşürüb və yoluna davam edib. Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. Əvəzinə qatar verilib. Bu səbəbdən "Nəriman Nərimanov"-"Həzi Aslanov" istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb", B.Məmmədov bildirib.



Metroda yenə problem yarandı
Metroda həyəcan- Qapılar bağlanmadı və...
Bakı metrosunda OLAY - Qatardan sərnişinlər boşaldıldı
Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb - SƏBƏB?
Səhər saatlarında metroda HƏYƏCANLI ANLAR - Qatarlar boşaldıldı
Bakı metrosunda qatarda nasazlıq yarandı
Bakı metrosunda hadisə olub- Sərnişinlər düşürdüldü
Bakıda metroda texniki nasazlıq yarandı
Bakı metrosunda qatarda nasazlıq: sərnişinlər düşürüldü
Bakı metrosunda gərginlik- Nə baş verdi?
Bakı metrosunda hadisə olub- Sərnişinlər düşürdüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 