Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, “Həvəskar Universal Döyüş Federasiyası” İB, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası” İB, “Azərbaycan Peşəkar Boks Federasiyası” İB-nin federasiya statusu dayandırılıb.
Əvəzində kollegiyanın qərarı ilə “Azərbaycan Sambo Federasiyası” İB, “Azərbaycan Savat Federasiyası” İB, “Azərbaycan Taekvondo Federasiyası” İB, “Azərbaycan Avtomobil Federasiyası İB, “Azərbaycan Kapoeyra Federasiyası” İB, “Azərbaycan Yelkən Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib.
Beləliklə, bir neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 26-ya çatıb. Ümumilikdə, 25 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.
Bununla yanaşı, iclasda nazirliyin 2022-сi ilin IIk yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra tədbirlərin təqdimatı müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
Nəhayət, Ceyhun Ənvər oğlu Məmmədəliyevə, Tural Rafiq oğlu Vəlibəyova və Xalid Zahid oğlu Atababayevə “Azərbaycan Respublikasının əməkdar məşqçisi” fəxri adının verilməsi barədə qərar qəbul edilib.



Azərbaycanda 3 federasiyanın fəaliyyəti dayandırıldı
Ölkədə yeni federasiya yaradılır
Azərbaycanda bu yol ödənişli olacaq- Qərar
Rusiya Qarabağdakı sülhməramlılarla bağlı QƏRAR VERDİ
Çinə daha bir zərbə
İdmançıların çətin dönəm yaşamaları məni çox narahat edir - Nazir
Bu gün AFFA-ya yeni prezident seçiləcək
Bu gün AFFA-da böyük gündür
AFFA prezidentliyinə namizəd kimdir?
Rusiyadakı azərbaycanlılara ÇAĞIRIŞ EDİLDİ
Azərbaycanda daha bir idman federasiyasının adı DƏYİŞDİRİLDİ
Prezident Səbuhi Mehdizadəyə vəzifə verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 