Ermənistan KİV-də ölkənin silahlı qüvvələrinin baş qərargah rəisinin müavininə istinadən yayılan məlumat birmənalı şəkildə Ermənistan rəsmiləri tərəfindən Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsi ilə bağlı edilən növbəti etirafdır”.
ONN media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva belə bəyanatla çıxış edib.
O bildirib ki, bu, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının kobud şəkildə pozulmasıdır.
“Xatırladırıq ki, sözügedən bəyanatın 4-cü maddəsinə istinadən, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Tərəfimizdən bundan əvvəl dəfələrlə Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozduğu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etmişik”, - deyə XİN rəsmisi əlavə edib.
Onun sözlərinə görə, hazırda Azərbaycan münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atır.
“Belə bir vaxtda Ermənistan tərəfinin yanaşması, onun bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir.
Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir.
Bu, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür”, - deyə Leyla Abdullayeva qeyd edib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Saak Saakyan hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşüb.
O, Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumat verib.



Azərbaycan XİN yaşanan son gərginliyin səbəbini açıqladı
Azərbaycandan Ermənistana cavab, Rusiyaya xatırlatma - XİN-dən AÇIQLAMA
Azərbaycan və Ermənistanın parlament sədrləri arasında mübahisə düşüb
XİN erməni terroru ilə bağlı MƏLUMAT YAYDI
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ
XİN şəhidimizlə bağlı bəyanat yaydı
Makron və Əliyev telefonla nəyi müzakirə etdi?
Rəsmi Bakı Şuşa ətrafındakı erməni təxribatı barədə məlumat yaydı
XİN-dən Ayvazyanın Qarabağa qanunsuz səfərinə REAKSİYA
Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 