Cəmşid Naxçıvanski adına Hərbi Lisey Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsi olacaq.
ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
“Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”ndə müvafiq dəyişiklikləri Nazirlər Kabineti təsdiq edib.
Dəyişikliyə əsasən, lisey öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan müdafiə nazirinin əmr və sərəncamlarını, həmçinin Universitet rektorunun əmr və göstərişlərini rəhbər tutur.
Bundan başqa, liseyin rəisi Universitet rektorunun vəsatəti ilə müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Həmçinin mülki işçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq Universitetin rektoru ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edir.



Azərbaycanda hərbi məktəblər Milli Müdafiə Universitetinin tabeliyinə verildi
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - Foto
Azərbaycanda yeni hərbi universitet yaradıldı
İlham Əliyev sərəncam imzaladı
General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə TƏYİN EDİLDİ
Əli Əsədov bu nazirliklə bağlı QƏRAR İMZALDI
Vətən Müharibəsi Qəhrəmanı rəis təyin edildi
Nazirlər Kabineti Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik etdi
Prezident FƏRMAN İMZALADI
MN rəsmi məlumat yaydı
Bakı bulvarı ilə bağlı mühüm qərar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 