ONN İnformasiya Agentliyi

Zaurun verilişi bağlandı

Zaurun verilişi bağlandı
2-07-2022, 16:31

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramının ötən gün son bölümünü yayımlayıb.

ONN media xəbər verir ki, verilişin son bölümündə bir çox sənət adamı qonaq olub və mahnılar səsləndirib. Zaur isə il ərzində onlara dəstək olan hər kəsə təşəkkür edərək, gördükləri işlərdən söz açıb.

Zaur proqramın mövsüm finalına getdiyini, amma növbəti televiziya mövsümündə yayımlanıb-yayımlanmayacağını bilmədiyini vurğulayıb.

"Qürurlu bir ili başa vurduq. Yüzlərlə insanı sağlamlığına qovuşdurdu "Bizimləsən". Komanda, xalq, kanal olmasaydı tək heç nə edə bilməzdim" deyə, Zaur bildirib

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png