Zaqatalada yoxa çıxan hindistanlı turistlə bağlı maraqlı fakt ortaya çıxıb.
ONN media xəbər verir ki, turistin ailəsindən verilən məlumata görə, Manikath Kondaveeti dörd-beş il əvvəl də Hindistanda itkin düşübmüş. O zaman Manikath Kondaveeti iki aydan sonra tapılıb.
Ailəsi bundan əvvəl də belə bir halın baş verdiyi üçün onun ölümünə inanmır və sağ-salamat tapılacağına ümid edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov açıqlamasında bildirib ki, turistin axtarışları hələlik heç bir nəticə verməyib. Hazırda onun tapılması istiqamətində bütün zəruri tədbirlər davam etdirilir.
Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
O, itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Çandra Rao Kondaveeti Zaqatalaya gəliblər. Onlar hələ də rayondadırlar.
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, dronlar, ərazini tanıyan yerli sakinlər, alpinistlər cəlb olunublar.
53 gün keçməsinə baxmayaraq, turisti tapmaq hələlik mümkün olmayıb.



Zaqatalada turist itib- TAPANA 25 MİN VERİLƏCƏK
Zaqatalada dronla axtarılan əcnəbi turistlə bağlı YENİ FAKT: Vəzifəli şəxsin oğludur
Əcnəbi turist Zaqatala dağlarında itkin düşüb
İtkin düşən Hindistanlı turistlə bağlı YENİ MƏLUMAT
Azərbaycanda üç uşaq anası itkin düşüb
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı
Qəbələ sakini meşədə itkin düşdü
Zaqatalada ağır qəza olub- ÖLƏNLƏR VAR
Yasamalda 22 yaşlı qızla 29 yaşlı oğlan yoxa çıxdı – AXTARIŞ BAŞLADI
Zaqatalada ƏMƏLİYYAT: Həbs edilən var
Zaqatalada acı xəbər- 13 yaşlı yeniyetmə...
Hindistanda itkin düşən turistin aqibəti necə oldu?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 