Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.
ONN media xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə yeni rəis təyin olunub.
Belə ki, polis polkovnik-leytenantı Ramin Rəfayil oğlu Mehdixanov Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsindən azad olunaraq həmin idarənin rəisi vəzifəsinə təyin olunub.