Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin digər rəhbər heyəti və Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qurban bayramı günündə Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hissənin açılışını edib.
Müdafiə Nazirliyindən ONN media-ya verilən məlumata görə, döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə inşa edilmiş hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib.
Müdafiə nazirinə məruzə edilib ki, bütün xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Hərbi hissəyə baxış keçirildikdən sonra müdafiə naziri şəxsi heyətin xidməti və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Sonra Qurban bayramı münasibətilə şəxsi heyət üçün konsert proqramı təşkil edilib.
Şəxsi heyət qarşısında çıxış edən general-polkovnik Z.Həsənov Ali Baş Komandanın Kəlbəcərdə yeni komando hərbi hissəsinin açılışı zamanı Azərbaycan Ordusuna bir daha yüksək qiymət verdiyini diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən göstərilən etimadın doğruldulması üçün üzərimizə düşən bütün vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini qeyd edən nazir şəxsi heyəti yeni hərbi hissənin istifadəyə verilməsi və Qurban bayramı münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Hər il olduğu kimi, bu il də şəxsi heyət üçün qurbanlıqlar kəsilib.
Sonda müdafiə naziri general-polkovnik Z.Həsənov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı E.Hüseynovla birgə hərbi hissənin ərazisində ordu və xalq birliyinin göstəricisi kimi həmişəyaşıl uzunömürlü ağaclar əkiblər



Xocalı ərazisində yeni hərbi hissə açıldı
Ağdamda yeni hərbi hissə açıldı - VİDEO
İlham Əliyev Füzulidə hərbi hissədə olub
Azərbaycan Hərbi Hava Qüvvələrinin yeni hərbi hissələri istifadəyə verildi
Müdafiə naziri yeni istifadəyə verilən hərbi hissədə
Prezidentin köməkçisi və Müdafiə Naziri hərbi hissədə
Zakir Həsənov azad edilən ərazilərə gedib, yeni hərbi hissə istifadəyə verilib
Zakir Həsənov Ermənistanla sərhəddə gedib
Zakir Həsənov yeni hərbi hissənin açılışını edib
Müdafiə Nazirliyi məlumat yaydı
Zakir Həsənov Kəlbəcər və Laçına getdi: yeni hərbi obyektlər istifadəyə verildi
Cəbhəboyu zonada HHQ-nin yeni hərbi hissəsinin açılışı olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 