Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir.
ONN media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Haber Global” telekanalına verdiyi özəl müsahibədə teleaparıcı Saynur Tezelin 44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı sualını cavablandırarkən deyib.
“Azərbaycan bizim qardaşımızdır. Bu mövzuda kimsənin tərəddüdü olmasın. Biz həqiqətən də iki dövlət, bir millətik. Xüsusilə də biz 44 günlük uğurlu əməliyyatdan (Vətən müharibəsi nəzərdə tutulur - red.) sonra azərbaycanlı qardaşlarımızla demək olar ki, bütövləşdik. Bu məsələdə (işğal dövründə - red.) biz gerçəkdən illərlə azərbaycanlı qardaşlarımızın bütün iztirablarını hiss etdik. 30 ildən bəri ATƏT-in Minsk qrupu və başqaları Azərbaycan torpaqlarının işğaldan azad edilməsində 30 kəlməlik iş görmədi. Bir milyondan çox qaçqın olmasına, Xocalı və başqa soyqırımların baş verməsinə, torpaqların 20 faizinin işğal edilməsinə baxmayaraq heç bir şəkildə heç kim tükünü tərpətmədi. Lakin baş verənlərlə bağlı iki məqam da var. Birincisi, Azərbaycan tək deyil. İkincisi oradakı qardaşlarımızın “yetər artıq” deməsi ilə Azərbaycan fəaliyyətə başladı. Cənab İlham Əliyevin liderliyi ilə toparlanan, çalışan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində böyük zəfərlə yanlış hesabları yoluna qoydu”, - o, əlavə edib.
Nazir bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da iki ölkənin əlaqələri dərinləşərək genişlənir:
“İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işlər davam edir. Tək ordu halında fəaliyyət göstəririk. Ərazilərin minalardan təmizlənməsi istiqamətində əlimizdən gələni edirik”.
Nazir Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin üçüncü tərəfə qarşı olmadığını deyərək, əlavə edib:
“İki ölkənin əməkdaşlığı üçüncü dövlətə qarşı deyil. Əksinə, bu, Cənubi Qafqazın təhlükəsizliyi üçündür. Bu, regionda hər kəsin xeyirinədir



Bu Ermənistan üçün yaxşı fürsətdir- Hulusi Akar
Türkiyə bu prosesdə Bakını dəstəkləyəcək - Akar
Qardaşlarımızın yanında olmağa davam edəcəyik - AKAR
Əfqanıstandakı hadisələri izləyəcəyik - Akar
Hulusi Akardan Azərbaycanla bağlı növbəti AÇIQLAMA
Akardan Azərbaycana növbəti DƏSTƏK
Hulusi Akardan XƏBƏRDARLIQ- Azərbaycana qarşı....
Qarabağ müharibəsi türk silahının effektivliyini açıq şəkildə göstərdi
Sahibə Qafarova Akarla görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 