Rusiya və İran arasında ticarət dövriyyəsi böyük olmadığı üçün ABŞ dollarından imtina reallaşsa belə bu regiondakı valyuta tələbinə xüsusi təsir etməyəcək.
Bunu millət vəkili Vüqar Bayramov İran və Rusiyanın qarşılıqlı ticarətdə dollar və avrodan imtina etmək istəkləri ilə bağlı məlumatı şərh edərkən deyib.
Onun sözlərinə görə, hər iki dövlət üçün xarici valyuta cəlb etmək prioritet olduğu üçün belə bir addımın tam rellaşacağı ilə bağlı da xeyli suallar var: "İndiyədək Latın Amerikası və Asiyada yerləşən bir neçə aparıcı ölkələr də dollardan imtina etməyə çalışsalar da bunu reallaşdıra bilməyiblər. Belə görsənir ki, ABŞ pulundan imtina heç də düşünüldüyü kimi, hətta Vaşinqtonun düşmənləri üçün də belə asan deyil”.
V.Bayramov xatırladıb ki, Rusiya və İrana qarşı Qərbin sanksiyaları qüvvədədir və Rusiyaya qarşı daha sərt paketlərdən istifadə olunur: "Həm İran, həm də Rusiya xarici valyutalara, xüsusən də dollara tələbi yüksək olan ölkələrdəndir".
İqtisadçı-ekspert bildirib ki, İran ilə Rusiya arasındakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki il, yəni, 2019-cu ildə 1 milyard 595 milyon ABŞ dolları olub: "Cənub qonşumuzun Rusiyaya ixracatı yarım milyard ABŞ dollarından da azdır. 2021-ci ildə isə qarşılıqlı ticarət 81 % artsa da yenə də ümumi dövriyyə böyük rəqəmlə ifadə olunmur. Regionun aparıcı dövlətlərdən olan iki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 3,3 milyard ABŞ dolları olub. Doğrudur, bu ilin ilk rübündə sözügedən dövlətlər arasında ticarət 10 % artıb. Bununla belə, yenə də ticari əlaqələrinin daha da dərinləşdirilməsi üçün bəlli çağırışlar qalmaqdadır. Bununla belə, tərəflər illik ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına, 2025-ci ilədək isə 40 milyard ABŞ dollarınadək artırmağı hədəfləyirlər. Amma mövcud rəqəmlər göstərir ki, reallıq ilə hədəflər arasında fərq kifayət qədər böyükdür".
Xatırladaq ki, İran Mərkəzi Bankının rəhbəri Əli Salehabadi Rusiyaya səfərindən sonra keçirdiyi brifinqdə deyib ki, İran və Rusiya qarşılıqlı ticarətdə dollar və avro ilə hesablaşmalardan imtina etməyi planlaşdırır.
O vurğulayıb ki, Rusiya rəsmiləri ilə aparılan danışıqlar çərçivəsində əlaqələrin davamlı şəkildə genişləndirilməsi üçün maliyyə-bank bazasının hazırlanmasına dair razılıq əldə olunub : "Tehran və Moskva tezliklə ticarət əməliyyatlarında milli valyutada hesablaşmalara keçəcəklər".



Rusiya və İran dollardan imtina edir?
Rusiya və İran dollardan tam imtina etdi
Bu gün Rusiya defolt ola bilərmi?
İran Rusiyaya belə dəstək olur
ABŞ İrana çağırış etdi
Rusiyadan mühüm həmlə: Bu sistemdən imtina etdi
Kreml: ABŞ Rusiyaya qarşı planından imtina etmədi
Daha bir ölkə Türkiyə ilə birləşib dollara "YOX" DEDİ
İrana qarşı yeni sanksiyalar elan edildi
Bu ölkələr dollardan imtina etdi
Rusiya S-400-ləri İrana satmaqdan imtina etdi
SON DƏQİQƏ: İran Rusiyaya PUA verdiyini etiraf etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 