Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ONN media-ya bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.
Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.
Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.
Hər iki nazir görüşün Gürcüstanda təşkilinə görə gürcü tərəfinə minnətdarlıqlarını bildiriblər.



Bayramov və Mirzoyan arasında növbəti görüş keçirilib
Fransa Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstək verdi
Bayramov Qaribaşvili ilə görüşdü
Ceyhun Bayramov fransalı həmkarı ilə Qarabağdan danışdı
Mirzoyan və Xovayev arasında Ermənistan və Azərbaycan müzakirəsi
Bayramovla Lavrov arasında Qarabağ müzakirəsi
Ceyhun Bayramov Lavrovla telefonla danışıb
Ceyhun Bayramov Mirzoyanla görüşdü
Bayramov Ben Knapen ilə görüşdü
Azərbaycan və Almaniyanın XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər
Bayramovla Lavrov arasında telefon danışığı olub
Ceyhun Bayramov Lavrovla telefonda danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 