ONN İnformasiya Agentliyi

Bakıda bir qrup sakin yolu niyə bağladı?

Bakıda bir qrup sakin yolu niyə bağladı?
16-07-2022, 20:58

Bu gün səhər saatlarında bir qrup sakin Bakı-Şamaxı yolunu bağlayıb.

ONN media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.az-a bildirib ki, yolun bağlanması qısa müddət çəkib:

“Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qısa müddət ərzində həmin yolda hərəkəti bərpa ediblər”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında bildirib ki, 28 May qəsəbə sakinləri ASC-yə su təchizatının qrafikinin artırılması barədə müraciət ediblər:

“Həmin əraziyə 28 May nasos stansiyasından bir gündən bir su verilir. Artıq qrafik dəyişdirilib, qəsəbə gündəlik su ilə təmin ediləcək”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png