ONN İnformasiya Agentliyi

Bakı-Şamaxı-Yevlax yolu BAĞLANDI

Bakı-Şamaxı-Yevlax yolu BAĞLANDI
12-03-2021, 15:19

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax yolunun 70-ci km-dən hərəkət dayandırılıb. Bunu Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev deyib. O qeyd edib ki, hazırda həmin ərazilərdə güclü qar var, çovğunla müşaiyət olunur, yollar buz bağlayıb: “Nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Bu səbəbdən də xahiş edirik ki, həmin istiqamətlərə səfər etmək istəyənlər yola çıxmasınlar”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png