“Azərbaycanda ananın xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlanması iddiasi ilə bağlı toplanmış materiallar Sabunçu Rayon Prokurorluğuna göndəriləcək”.
ONN media xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Məlumata görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Zabrat qəsəbə sakini bildirib ki, 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirib.
O iddia edir ki, övladı ondan xəbərsiz satılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, məsələ ilə bağlı TƏBİB-ə şikayət daxil olmayıb:
“Bu, hüquq-mühafizə orqanlarının işidir. Əgər iddia doğrudursa, yəqin ki, araşdırılar”.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə bildirib ki, hazırda sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır.