Bu gün Azərbaycan xalqın üçün ən böyük tarixlərdən biri yaşanır – 29 illik köçkünlükdən sonra Qarabağa Böyük qayıdış başladı.
ONN media xəbər verir ki, artıq ilk 10 ailə - 41 nəfər Zəngilanın Ağalı kəndinə yola salınıb.
Maraqlıdır, Qarabağa Böyük qayıdış üçün tarix olaraq niyə 19 iyul seçilib?
Qısa araşdırmalardan sonra aydın oldu ki, Azərbaycanın ən yeni tarixi üçün 19 iyul Ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyinə məşhur məktubu ilə əlamətdardır.
Azərbaycan KP MK-nə uzun illər rəhbərlik edən, daha sonra isə SSRİ-nin ən məşhur Politbüro üzvü, Birinci vitse-premyeri olan və SSRİ rəhbərliyinə ən şanslı namizəd sayılan, dünyanın ən böyük iki gücündən birinin idarəedicilərindən olan Heydər Əliyev 19 iyulda açıq məktubla Kommunist Partiyasından çıxdığını elan edir və bunu SSRİ rəhbərliyinin diqqətinə çatdırırdı.
Heydər Əliyev 1990-cı ilin Yanvar hadisələrini də xatırlatmaqla yazdığı ətraflı məktubunda həmin dövrdə Azərbaycana qarşı ədalətsizliyə, haqsızlığa etiraz etdiyini bildirirdi.
19 iyul Azərbaycana qarşı ədalətsizliyə, haqsızlığa, torpaqlarımızın işğalı prosesinə məhz SSRİ-ni idarə edənlərdən olan Heydər Əliyevin siyasi etiraz aksiyası kimi tarixə düşmüşdü.
Heydər Əliyevin müstəqilliyini qoruyub, məhv olmaqdan xilas etdiyi, gücləndirdiyi və inkişaf etdirdiyi Azərbaycan 31 ildən sonra bu ədalətsizliklərin nəticəsini aradan qaldırır və tarixi torpaqlarına qayıdır...



Heydər Əliyev Azərbaycan xalqı üçün böyük işlər görüb - Kudryaçenko
12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür!
12 DEKABR – ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR!
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
Bu, Heydər Əliyevin daha bir uzaqgörənliyi idi - Deputat
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
Bu gün Heydər Əliyevin 100 illik yubileyidir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür
Azərbaycan ictimaiyyəti Fəxri xiyabanda
Heydər Əliyevin anadan olmasından 95 il ötür
Heydər Əliyevin vəfatından 19 il ötür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 