Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrların qeydiyyat müddəti uzadılıb.
Bu barədə ONN media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər 26 iyul saat 23:59-dək elektron qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Bakalavrlar bu portalda qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
25 iyul saat 09:00-a olan məlumata əsasən magistraturaya qəbul olunan 11867 nəfərdən 10747 nəfəri portalda qeydiyyatdan keçmək üçün müraciət edib və onlardan 9675 bakalavrın müraciəti yoxlanılaraq təsdiq olunub.
Qeydiyyat müddəti 26 iyul saat 23:59-dək davam edəcək.
Qeydiyyat prosesi ilə bağlı ən çox verilən suallar və cavabları ilə buradan tanış olmaq mümkündür. Bakalavrlar əlavə məlumat əldə etmək üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər.
Verilən müddət ərzində qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.



Ali məktəblərə qəbul olanların NƏZƏRİNƏ
DİQQƏT: Əlavə yerləşdirməyə start verilir
Magistraturaya qəbul olan bakalavrların DİQQƏTİNƏ
Bu tarixdən kolleclərə sənəd qəbulu başlayır
Ali məktəblərə qəbul olanların NƏZƏRİNƏ
Kolleclərə qəbul olanların nəzərinə!
Sabahdan magistraturaya elektron sənəd qəbuluna başlanılır
Tələbələrin qeydiyyat müddəti UZADILDI
Ali məktəblərə qəbul olunanların nəzərinə!
Kolleclərə qəbul olanların nəzərinə!
Bu şəxslərin NƏZƏRİNƏ!
DİQQƏT- Nəticələr elan olundu
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 