“Haber bəhanə" verilişinin qonağı olan aktyor İlyas Salman adının acı hekayəsini danışıb.
ONN media xəbər verir ki, ustad aktyor ailəsi haqqında açıqlamalar verib.
O bildirib ki, əslində 11 uşaq olublar, qardaş və bacıları az yaşlarında xəstəliklərdən vəfat ediblər:
"Onlar yaşasaydı, 11 uşaq olardıq. 7-si körpə olarkən yoxsulluqdan öldülər. Vərəm, aclıq, boğaz ağrısı, göy öskürək, soyuqdəymə... Xilas edə bilmədik. Ən böyükləri mən olduğuma görə, hamısının ölümünü gözlərimlə gördüm. Bu travmanı izah etməyə heç bir dil yetməz. Biz indi 3 qardaşıq. Birini 3 il əvvəl itirdik. Uşaqlığım ağrılı keçib. 3 yaşım olanda özümdən bir yaş balaca qardaşım gözümün önündə yanıb".
Aktyor qeyd edib ki, qardaşını xilas edə bilməyib və bu, onda dərin yara açıb:
"Malatyada bir kənddə yaşayırdıq. Anam qardaşımla mən üşüməyək deyə qalay sobasının üstünə bir qazan su qoyub içinə kartof atdı. Hamı su gətirməyə getdi. Bizdə oğlan uşaqlarına da fistan geyindirirdilər. Qardaşım sobaya yaxınlaşdı, paltarının ətəyi alovlandı. Hər şey bir anda gözümün qarşısında oldu.Üstünə nəsə atıb söndürmək ağlıma gəlmədi. "Qardaşım İlyas yanır" deyə-deyə divarları yumruqladım. Anam özünü yetirəndə can üstə idi. Qəsəbə yolunda can verdi. Əslində mənim adım Sadıq idi. O öləndən sonra mənə onun adını verdilər. 15 yaşım olanda 7 bacı-qardaşımı itirmişdim. Ağrı-acı içində dünyadan köçüb getmişdilər. İndi də hər 15-20 gündən bir yuxuda yanğın görürəm. Həmişə kimsə yanır, amma mən söndürə bilmirəm. O faciəni izah edə bilmirəm".



Əlikram övladının vəfatı ilə bağlı nələri açıqladı?
Məşhur rusiyalı aktyor vəfat etdi
Məşhur aktyor vəfat etdi
SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi
Məşhur aktyor infarktdan vəfat etdi
Məşhur türkiyəli aktyor vəfat etdi
Məşhur aktyor həyatını itirdi
Məşhur aktyor vəfat etdi
Qandonduran olay- 4 uşaq soyuducuda boğulub öldü
Sevilən məşhur aktyor ÖLÜMDƏN SON ANDA DÖNDÜ
Türkiyəli aktyor vəfat etdi
Gənc aktyor çəkilişdə öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 