Son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb.
ONN media Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onların barələrində təsir tədbirləri görülüb.
Belə ki, sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri Fikrət Fərəməz oğlu İbişbəyli, “miq.az” saytının rəhbəri Aqil Balabəy oğlu Alışov, Şirvan şəhər sakini Elçin Xankərəm oğlu İsmayıl, Lənkəran rayon sakini Əli Allahverdi oğlu Cabbarlı və Xaçmaz rayon sakini Nuranə Etibar qızı Fətəliyevaya “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Bundan başqa, Feysbuk sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Tofiq Təhmuraz oğlu Şahmuradovun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.



Baş Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi
Tofiq Yaqublu Baş Prokurorluğa çağırıldı və... - SƏRT XƏBƏRDARLIQ
Baş Prokurorluq sosial şəbəkələrdə terrorçuluğa çağırışlarla bağlı və bəzi KİV-lərə qarşı cinayət işi açdı
Əli Əliyev Baş Prokurorluğa çağırıldı - Xəbərdarlıq edildi
Baş Prokurorluq Oqtay Gülalıyevə xəbərdarlıq etdi
5 yeniyetmə itin hücumuna məruz qaldı - Kürdəmirdə
Prezident onları TƏLTİF ETDİ - SİYAHI
Şəmkirdə yük maşınları toqquşub, 2 ölü, 1 yaralı var
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
Uşaqlar arasında zəhərlənmə niyə artıb?
AXCP sədrinin müavinləri və daha 19 nəfərlə bağlı QƏRAR VERİLDİ
Azərbaycanda məmur oğlu həbs edildi- Səbəb?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 