ABŞ Dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlarının baş tutacağını gözləyir.
ONN media xəbər verir ki, bu barədə Blinken özü məlumat verib.
E.Blinken S.Lavrovla Rusiyada həbs edilən amerikalıların taleyini və Ukraynanın taxıl ixracı mövzusunu müzakirə etmək fikrindədir.