



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir.
Bu barədə ONN media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
2022-ci il üzrə təsdiq edilmiş döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlanması ilə əlaqədar mərasimlər keçirilib.
Mərasimlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Çıxış edənlər müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələblərini, Azərbaycan Ordusunun qarşında duran vəzifələri, eləcə də digər məsələləri şəxsi heyətin diqqətinə çatdırıblar.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.
Vətən müharibəsindən, eləcə də müasir döyüş əməliyyatlarından öyrənilən təcrübələrin tətbiq edilməsi ilə keçiriləcək dərslərdə əsas diqqət komanda-idarəetmə və qoşunlar arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, o cümlədən bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldiləcək.



Ordumuzda yay tədris dövrü başladı
Azərbaycan Ordusunda yay tədris dövrü başladı
Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb
Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO
Ümumqoşun orduda yeni tədris ili başlayıb
Nazir ordu ilə bağlı əmr verdi
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
Kərim Vəliyev hərbi qulluqçularla bağlı tapşırıq verdi
MN rəsmi məlumat yaydı
Kərim Vəliyev Kəlbəcərə getdi
Azərbaycan Ordusunun zirehli texnikalarının təlimləri keçirilir -VİDEO
Nazir orduya GÖSTƏRİŞ VERDİ: Sayıqlığı artırın!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 