"Vaşinqton nüvə silahından yalnız fövqəladə hallarda istifadə etməyi nəzərdən keçirəcək".
ONN media xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Nüvə Silahlarının Yayılmaması Müqaviləsində iştirak edən ölkələrin konfransında çıxışı zamanı deyib.
“Nüvə silahları mövcud olduğu müddətdə Amerika nüvə silahlarının əsas rolu ABŞ-a, müttəfiqlərimizə və tərəfdaşlarımıza qarşı nüvə hücumlarının qarşısını almaq olacaq. Birləşmiş Ştatlar nüvə arsenalından yalnız fövqəladə hallarda, öz həyati maraqlarını, eləcə də müttəfiqlərini və tərəfdaşlarını qorumaq üçün istifadə etməyi nəzərdən keçirəcək”, - Blinken deyib.
Bundan əvvəl Blinken KXDR-in yeni nüvə sınağı keçirməyə hazırlaşdığını iddia edib. ABŞ dövlət katibinin sözlərinə görə, Şimali Koreya qeyri-qanuni nüvə proqramını və regiona qarşı təxribatlarını genişləndirməkdə davam edir.
Qeyd edək ki, bundan öncə ABŞ xarici siyasət idarəsinin rəhbəri çərşənbə günü Senatın təsdiq etdiyi qətnaməyə və nüfuzlu Amerika siyasətçilərinin çağırışlarına baxmayaraq, Vaşinqtonun Rusiyanı terrorizmi himayə edən ölkə kimi tanımağa hələ hazır olmadığını deyib



Türkiyədəki nüvə silahları ÜZƏ ÇIXDI - HƏR KƏS ŞOKDA
Blinkendən İrana XƏBƏRDARLIQ: Vaxt bitir!
Türkiyə nüvə silahı istehsal edəcək?-ŞOK
ABŞ nüvə silahını evinə aparmalıdır
Kim Çenn nüvə silahından imtina etməyəcək və...
Rusiya Ukrayna sərhədinə nüvə gətirib?- ŞOK İDDİA
Rusiya bu halda nüvə silahından istifadə edəcək
İranla yeni nüvə sazişinə hazırıq - Pompeo
Bu bəşəriyyətin məhvinə doğru addım ola bilər - İranın xarici işlər naziri
Rusiyadan ABŞ-a ŞOK REAKSİYA: Nüvə zərbəsi ilə...
Ukrayna nüvə silahını geri tələb etdi
ABŞ 500-dək yeni nüvə bombası istehsal edəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 