Bu gün Azərbaycan kinosu yaranmasının 123-cü ildönümünü qeyd edir.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını”, "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, "Qafqaz rəqsi” xronikal sənədli və "İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.
Ötən əsrin əvvəllərində "Pate”, "Pirone”, "Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası” bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino”, "Azərkino”, "Azərfilm”, "Azdövlətkinosənaye”, "Bakı kinostudiyası”, "Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
"Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən "Arşın mal alan”, "Şərikli çörək”, "Ad günü”, "İstintaq”, "Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana”, "Uzaq sahillərdə”, "Arşın mal alan”, "Bizim Cəbiş müəllim”, "Axırıncı aşırım”, "Nəsimi”, "Özgə vaxt”, "Sarı gəlin” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edirik.



2 avqust Azərbaycan kinosu günüdür
Bu gün Azərbaycanda Milli Kino Günüdür
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
Azərbaycan kinosunun yaranmasının 120 illiyidir
Varşavada “Əli və Nino” filmi nümayiş olundu
Milli Kino Günü təntənəli mərasimlə qeyd edildi
Ali məktəblərdə “Azərbaycan Kinosu Günləri” keçiriləcək
17 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır
17 dekabr Müdafiə Sənayesi Nazirliyinin işçilərinin peşə bayramıdır
30 may İsmayıl Əfəndiyevin vəfat etdiyi gündür
Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı -17 dekabr
30 may aktyor, rejissor İsmayıl Əfəndiyevin vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 