Avqustun 5-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı müzakirə olunacaq mövzulardan biri Qarabağla bağlı ola bilər.
ONN media xəbər verir ki, bu barədə Rusiya-Türkiyə Sosial Forumunun baş katibi və Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov iki liderin görüşündə müzakirə olunacaq məsələləri dəyərləndirərkən deyib.
“İlk növbədə tərəflərin müzakirə edəcəyi mövzu ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalarından birgə yayınma məsələsidir. İkinci taxılla, üçüncü məsələ isə Türkiyənin mümkün Suriya əməliyyatı ilə bağlı ola bilər. Fikrimcə, Rusiya bir tərəfdən Türkiyənin təhlükəsizlik sahəsindəki maraqlarını nəzərə almaq, digər tərəfdən isə Türkiyə Silahlı Qüvvələri ilə Suriya ordusu arasında baş verə biləcək münaqişənin qarşısını almaq üçün Türkiyə ilə bərabər sülhü qorumaqla bağlı müxtəlif variantlar hazırlamaqda maraqlıdır.
Dördüncü məsələ Qarabağ problemidir. Hazırda bölgədə toqquşmalar yenidən başlayıb. Bununla belə, Rusiya və Türkiyə Qarabağda atəşkəsə nəzarətdə birgə iştirak edir.
Beşincisi, nüvə enerjisi sahəsində əməkdaşlıqdan tutmuş turizmə qədər iqtisadi məsələlər bütün müzakirə olunacaq məqamlara daxil ola bilər”.
Markov iki lider arasında keçiriləcək görüşün bütün dünyaya qarşılıqlı siyasi anlaşma nümunəsi göstərəcəyini bildirib



Putin və Ərdoğan telefonla hansı məsələləri müzakirə ediblər?
Putin-Ərdoğan görüşündə hansı mövzular müzakirə olunacaq?
Ərdoğan və Putin hansı məsələləri müzakirə edəcək?
Ərdoğanla Putin arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ
Rusiya, Türkiyə və İran liderləri Ankaraya toplaşır
Ərdoğan: "Soçidə Rusiya prezidenti ilə prosesi müzakirə edəcəyik"
Putin və Ərdoğan arasında telefon danışığı olub- Nə müzakirə olundu?
Putin-Ərdoğan görüşündə Qarabağ niyə müzakirə edilmədi?
Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək
Ərdoğan Milli Təhlükəsizlik Şurasını toplayır: Qarabağla bağlı VACİB MÜZAKİRƏ
SON DƏQİQƏ: Çavuşoğluyla Lavrov arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ
Putindən Bakı və İrəvana çağırış
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 