Azərbaycanın 25 avqusta qədər rus sülhməramlı kontingentinin Laçın dəhlizinə alternativ yola keçirilməsi və Laçında müvəqqəti məskunlaşdırılan ermənilərin şəhəri tərk etməsi tələbinin icrası istiqamətində iş gedir.
ONN media xəbər verir ki, Azərbaycan 10 noyabr 2020-ci il bəyanatına əsasən üzərinə düşən yolun inşasını başa çatdırıb, Ermənistan tərəfdən isə yeni yolun qalan hissəsi tamamlanmayıb.
Erməni mediasının Ermənistan rəsmilərinə istinadla yazdığına görə, sərhəddən Gorus rayonunun Kornidzor kəndinə qədər olan 11 km-lik hissəni çəkməklə Ermənistan yolu öz magistralına birləşdirməlidir. Ancaq bu yolun çəkilişi üçün tender 1 avqustda elan edilib və onun 25 avqusta qədər hazır olacağı gözlənilmir.
Bildirilib ki, yeni yol Ermənistan sərhədindən magistrala bir neçə km-lik torpaq yolla birləşdiriləcək və 25 avqustdan Xankəndiyə gediş-gəlişdə o hissədən keçiləcək.
1 avqustda tenderdə 3 şirkət qalib gəlib və onlar qısa müddətdə öhdələrinə düşən hissəni təhvil verməklə yolu tamamlayacaqlar.
Qeyd edilib ki, yeni yolu da rus sülhməramlıları qoruyacaq və orda Azərbaycan əsgəri və yaxud polisi olmayacaq. Rus sülhməramlılarının məsuliyyət zonasına burada da yolun 2,5 km sağ və 2,5 km sol olmaqla, 5 km-lik eni veriləcək.
Beləliklə, Ermənistan 25 avqusta qədər tələbi yerinə yetirə biləcək.



Laçın dəhlizi tam bağlandı
İrəvan yeni dəhlizin inşası üçün pul ayırdı
Ermənilərin Laçınla bağlı dəhşətli planı
Bakı İrəvana bu tarixə kimi vaxt verdi
Azərbaycan və Ermənistan sərhədçiləri arasında insident
Makron və Əliyev telefonla nəyi müzakirə etdi?
Bakı ermənilərin bu xahişlərini yerinə yetirdi
Ermənilər Laçından nə vaxt çıxarılacaq?
Ermənilər Zeyvə kəndini tərk edir
Zəngəzurdan keçən 21 kilometrlik yol Azərbaycana veriləcək – DETALLAR
Paşinyan indi də günahı Bakıda axtarır?
Ermənistan bu kəndlərin Azərbaycan ərazisi olduğunu tanıdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 