Dünən Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Məlumata görə 6 hadisə Azərbaycan - Ermənistan dövlət sərhədində, 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə baş verib.
Baş verənləri saytımıza şərh edən siyasi ekspert Kənan Novruzov hesab edir ki, "Qisas" əməliyyatının nəticə verəcəyinə ümid etsək də belə olmadı.
"Ermənilər Laçın boşaltmağa başlasa da, provokasiyalar ara vermir. Əlbəttə, təxribatları Qarabağdakı terrorçu ermənilər törədir. Amma sülhməramlılar da bu məsələdə maraqlı ola bilərlər. Birincisi, ona görə ki, Kreml Qarabağdakı mövcudluğunu qorumaq, mümkünsə, sülhməramlıların sayını artırmaq istəyir. İkincisi, indi Ermənistanda Qərblə Moskva arasında mübarizə gedir. Belə olan halda sülhməramlı "kartı" Rusiya üçün əsas "kozır"dır. Lakin sabotajların arxasında kimin və hansı məqsədlərin dayanmasının bizim üçün heç bir fərqi yoxdur. Biz həm qarşı tərəfə, həm də vasitəçi Rusiyaya xəbərdarlıq etmişik. Bildirmişik ki, bu yolla İrəvanın vaxt udmasına imkan verə bilmərik. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə fransalı həmkarı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında söylədi ki, gərginliyə görə Ermənistan hərbi - siyasi hakimiyyəti məsuliyyət daşıyır. Ermənistan bu xəbərdarlıqlardan dərs çıxarmaq fikrində olsa idi, təxribatlarını davam etdirməzdi".
Kənan Novruzov onu da qeyd etdi ki, Ermənistan Azərbaycana əks-hücum əməliyyatlarından başqa yol qoymurlar. Əgər təxribatlar davam edərsə, yəqin ki, "Qisas"ın davamı da gələcək. Bunu hər kəs - Rusiya da, Ermənistan da, beynəlxalq təşkilatlar da bilməlidir



SON DƏQİQƏ: Ordumuzun mövqeləri atəşə tutuldu
SON DƏQİQƏ: Ordumuzun mövqeləri atəşə tutuldu
Müdafiə Nazirliyindən Ermənistana növbəti XƏBƏRDARLIQ
SON DƏQİQƏ: Ordumuzun mövqeləri atəşə tutuldu
SON DƏQİQƏ: Ermənilər sülhməramlıları atəşə tutub
Ordumuz 12 dəfə atəşə tutuldu
Prezident sentyabr toqquşmasının sirrini açdı
SON DƏQİQƏ: ermənilər Şuşanı atəşə tutdu
Paşinyan təcili iclas keçirir
Atəşə tutulan sülhməramlılar yardım istəyir
Bakı antiterror əməliyyatına başlayır?- YAXIN SAATLARDA...
Sülhməramlılar Qarabağı bu yolla tərk edir - Ekspert
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 