Çadın Manqalma subprefekturasında evlilik təklifindən imtina edən sakinlər “amçilini” adlanan cəriməni ödəməlidirlər.
Bu barədə yerli İslam Ali Şurası qərar verib.
Yeni qaydalardan birinə əsasən, qadın kişidən onunla evlənməyi xahiş edə bilər. Kişi razılaşarsa, 35 min Mərkəzi Afrika frankı (təxminən 93 manat), imtina edərsə 100 000 frank (265 manat) məbləğində sabit rüsum ödəməlidir.
Əksinə, evlilik təklifindən qadın imtina edərsə, 15 min frank (39 manat) məbləğində cərimə ödəməlidir. Qəsdən imtina edən qadın 25 min frank (66 manat) məbləğində cərimə ödəyəcək.
İnsan Hüquqları Təşkilatının Çad Qadın Hüquqları Liqası bu və başqa qaydaların yer aldığı qərarı ləğv etmək üçün “#StopAmchilini” həştəqini işə salıb. Onların sözlərinə görə, bu qərarlar evliliyə razılıq azadlığını təmin edən Çad qanunlarını pozur.
Qeyd dək ki, Çadda məcburi nikahlar geniş yayılıb, adətən qurbanlar azyaşlı qızlar olurlar.
Onu da vurğulayaq ki, qaydalarla bağlı göstərilən cərimə məbləğləri hazırda istənilən Çad vətəndaşı üçün külli miqdarda vəsait deməkdir.// Oxu.az



Yeni qaydalara əməl etməyən şirkətlər cərimələnəcək
Maska taxmamağa görə cərimələr artırıldı
Bu şəxslər 5 min manat cərimələnəcək
Bu hotellər 5 min manatadək cərimələnəcək
Peyvənd vurduranlara 100 manat mükafat veriləcək
DİQQƏT- Sabahdan 2 min cərimələnəcəksiniz
Azərbaycanda bu şəxslər 1000 manat cərimələnəcək
İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edildi
Bu şəxslər 2000 manat cərimə ediləcək
Küçəyə tüpürənlər CƏZALANACAQ
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Maska taxmamağa görə cərimələrlə bağlı qanun qəbul edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 