Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsindən azad edilib.
ONN media xəbər verir ki, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Katibliyin rəisi, gömrük xidməti polkovniki Muxtar Fazil oğlu Şükürov işdən çıxarılaraq, təqaüdə göndərilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin müvafiq əmri ilə Muxtar Şükürov “Abşeron” gömrük postunun rəisi vəzifəsindən azad edilərək, Komitə Katibliyinin rəisi vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, avqustun 4-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsini icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun əmri ilə “Azərterminalkompleks” İstehsalat Birliyinin rəis müavini Zeynal Tarquluyev və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin şöbə rəisi Rəfail Niftəliyev vəzifəsindən azad edilib.
Zeynal Tarquluyev Səfər Mehdiyevin qaynı, Rəfail Niftəliyev isə baldızı oğludur.
Eyni zamanda, S.Mehdiyevin kadrlarından olan Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov da avqustun 5-də təqaüdə göndərilib.



DTX-nın əməliyyat keçirdiyi rəis kimdir?
Azərbaycanda daha bir şəxs vəzifədən uzaqlaşdırıldı
Daha bir gömrük generalı işdən çıxarıldı
Bu generala yüksək vəzifə verildi
Gömrük komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı
DGK əməkdaşlarına yeni rütbələr verilib
SON DƏQİQƏ: Gömrük generalı saxlanıldı
Azərbaycanda general işdən çıxarıldı
Generaldan yeni TƏYİNAT
Gömrüyün daha bir generalı işdən çıxarıldı
İlham Əliyevdən bu vəzifəyə yeni təyinat
Ramiz Mehdiyevin yaxın adamı vəzifəsindən niyə istefa verdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 