Pakistanın keçmiş baş naziri İmran Xan terrorçuluqda ittiham edilib.
ONN media xəbər verir ki, ona qarşı polisə və məhkəməyə təhdidlərə görə Terrorla Mübarizə Qanununun 7-ci maddəsinə əsasən iş açılıb.
İttihamlar etimadsızlıq səsverməsi ilə hakimiyyətdən uzaqlaşdırılan siyasətçinin paytaxtda keçirilən mitinqdə çıxışı zamanı ən yaxın köməkçilərindən birinin bu yaxınlarda həbs olunmasını pisləməsindən sonra irəli sürülüb.
Xan məhbusun işgəncələrə məruz qaldığını deyərək, polisi və hakimi məhkəməyə verəcəyini vəd edib.
“Biz sizə aman verməyəcəyik”, - deyə sabiq baş nazir hüquq-mühafizə orqanlarına bəyan edib.
Polisin hesabatında deyilir ki, siyasətçinin şərhləri ölkənin məhkəmə və polisini qorxutmaq üçün məqsədyönlü və qanunsuz cəhddir:
“İmran Xanın çıxış tərzi və etdiyi təhdidlər polis, ədliyyə və sadə insanlar arasında qorxu və çaşqınlıq yaradıb, ölkədə əmin-amanlığa xələl gətirib”.
Qeyd edək ki, dünən Pakistan Media Nəzarət Xidməti telekanallara keçmiş baş nazir İmran Xanın çıxışlarını canlı yayımlamağı qadağan etmişdi.



İmran xana qarşı sui-qəsd planlaşdırılır
İmran Xana hökm oxundu
İmran Xana daha bir zərbə
İmran Xanı yaralayan şəxsdən ŞOK AÇIQLAMA
İmran Xanın həbsinə order verilib
İmran Xan həbs edilir?- SƏBƏB NƏDİR?
Pakistanda etiraz aksiyasında ölənlərin sayı artdı
İmran Xan həbs edildi
İmran Xana qarşı sui-qəsd hazırlanıb- ÖZÜ YARALANDI
Putin Pakistan baş naziri İmran Xanla danışdı
İmran Xan İSTEFA VERDİ
Pakistan baş nazirinin olduğu təyyarə təcili eniş etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 