Prezident İlham Əliyev 2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.
ONN media xəbər verir ki, Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Müəyyən edilsin ki, 2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının (2022 FİFA Dünya Kuboku) keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il noyabrın 20-dən dekabrın 20-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:
2.1. 2022 FİFA Dünya Kubokunun beynəlxalq təşkilatçıları olan “Q22” Şirkətinin və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;
2.2. futbol komandaları 2022 FİFA Dünya Kubokunda iştirak edən ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
3.1. Bu Sərəncamın 1-ci hissəsində müəyyən edilən şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə “Q22” Şirkətinə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FİFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;
3.2. bu Sərəncamın 1-ci hissəsində müəyyən edilən şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu Sərəncamın 1-ci hissəsində müəyyən edilən şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat versin.
5. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 2022 FİFA Dünya Kubokunun təşkili və keçirilməsi ilə bağlı Qətər Dövlətinə səfər edəcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına qısamüddətli turizm səfərlərinin təşviq edilməsi ilə əlaqədar ölkə xaricində marketinq kampaniyalarının təşkilini, aidiyyəti strukturlarla əlaqələrin qurulmasını və müvafiq tədbirlərin keçirilməsini təmin etsin”



İlham Əliyev sərəncam imzaladı
Bu əcnəbilər üçün viza prosedurları sadələşdirilir
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi
Məşhur yarışla bağlı sərəncam imzalandı
Prezident viza prosedurlarını sadələşdirdi
Bakıya gələcək əcnəbilərin viza prosedurları sadələşdirildi - Səbəbi isə...
Viza prosedurları sadələşdirildi - Prezident SƏRƏNCAM imzaladı
İlham Əliyev bu federasiyaya pul ayırdı
İlham Əliyev 2 sərəncam imzaladı
Prezidentdən Vahid Əhmədovla bağlı sərəncam
Elman Rüstəmovla bağlı sərəncam imzalandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 