Avqustun 21-də keçirilən inzibati icraçı vəzifələrə (B növü) aid olan qruplar üzrə test imtahanı ilə əlaqədar Dövlət İmtahan Mərkəzində yaradılan Apellyasiya Komissiyası öz işini yekunlaşdırıb.
ONN media Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, Komissiya tərəfindən imtahanda istifadə olunan tapşırıqlar təkrar ekspertiza olunub. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan iki test tapşırığının birində redaktə, digərində isə texniki xarakterli xətaya yol verildiyi müəyyən edilib.
Belə ki, bir qapalı tipli test tapşırığının şərt hissəsində redaktə səhvi (inkarın silinməsi) nəticəsində hər üç yanlış cavab variantı doğru cavab variantlarına çevrilib. Digər bir açıq tipli seçim formalı tapşırığın etalonunda (tapşırıqların düzgün cavablarının verildiyi şablon) isə dörd doğru cavab variantı (2,3,4,5) əvəzinə texniki səhv nəticəsində üç doğru cavab variantı (2,3,5) qeyd olunub.
İmtahanda istifadə olunan başqa test tapşırıqlarının məzmununda heç bir elmi-metodik qüsur və texniki xarakterli xəta aşkar edilməyib .
Apellyasiya Komissiyasının qərarına əsasən, qanunvericilik proqramına aid yuxarıda qeyd olunan iki test tapşırığında yol verilmiş xəta nəzərə alınaraq ekspertizada iştirak edən əməkdaş barəsində intizam xarakterli tədbir görülüb və namizədlərin imtahan nəticəsində aşağıdakı dəyişikliklər edilib:
- BA vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 21 saylı və BB vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 50 saylı eyni məzmunlu bir qapalı tipli test tapşırığı bütün namizədlər üçün düzgün cavablandırılmış hesab edilib;
- BA vəzifə qrupu A variantı üzrə 50 saylı, B variantı üzrə 54 saylı açıq tipli seçim formalı test tapşırığı yalnız “2345” cavab variantını seçən namizədlər üçün düzgün, “235” və digər cavab variantını seçən namizədlər üçün səhv cavablandırılmış hesab edilib.
Namizədlər artıq müvafiq dəyişikliklərlə DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifələrində tanış ola bilərlər.



Dövlət Qulluğu imtahanının nəticələrində DƏYİŞİKLİK OLUNDU
Bu imtahanların nəticələri dəyişdirilib?- DİM
DİM imtahan nəticələrinə dəyişiklik etdi
Magistraturaya qəbulda bu test tapşırıqlarında səhv aşkarlanıb - DİM
MİQ imtahanlarında iki test tapşırığında doğru cavab olmayıb
DİQQƏT: Cavablar açıqlandı
İmtahanın doğru cavabları açıqlandı
Bu şəxslərin imtahan nəticələri ləğv olundu
DİQQƏT - Nəticələr açıqlandı
Bugünkü imtahanda bir sualın iki cavabı olub - Ekspert AÇIQLADI
lV qrupa qəbul imtahanı başa çatdı
Ehtiyatda olan hərbiçilərin toplanışı ilə bağlı RƏSMİ CAVAB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 