Qarpız ürəyi sağlamlaşdırır, xərçəngin qarşısını almağa kömək edir.
ONN media oxucuları yay mövsümündə ən çox yeyilən bu böyük giləmeyvənin həm xeyirli, faydalı xüsusiyyətləri, həm də ziyanı barədə məlumatlandırır.
Qarpız həcminə görə ən böyük, eyni zamanda ən dadlı giləmeyvədir. Onun tərkibi insan sağlamlığı üçün çox faydalıdır.100 qram qarpızın tərkibində 30 kalori var. Qarpızın tərkibindəki A, C, E, B6 və T vitaminləri, tiamin, riboflavin, niasin, foli turşusu, pantoten turşusu, kalsium, dəmir, maqnium, fosfor, kalium, natrium, sink, mis, marqans və selen orqanizmin su ilə təminatını dəstəkləyir, xərçəngin qarşısını almağa kömək edir, iltihabı və oksidləşdirici stressi azaldır, böyrəkləri təmizləyir, ürəyi sağlamlaşdırır.
92 faizi sudan ibarət qarpızın tərkibində bir sıra antioksidantlar - C vitamini, karotinoid, likopin, E kukurbitasini ürəyin sağlamlığına müsbət təsir edir.
Qarpız dəri və saç üçün də faydalıdır. A və C vitaminləri dəri və saçın sağlamlığı üçün vacibdir. Həzmi yaxşılaşdırır. Qarpızın tərkibində çoxlu su və az miqdarda sellüloz var. Bu isə düzgün qidalanma üçün vacibdir.
İntəhası, bu giləmeyvəni normadan artıq qəbul edəndə həzmlə bağlı problemə səbəb ola bilər. Qarpız əla su mənbəyi və qida lifləri mənbəyidir. Amma qarpızı ifrat dərəcədə yeyəndə ishal, qarın köpü, meteorizm, qaz və s. yaranma ehtimalı var.
Şəkərli diabetdən əziyyət çəkənlər üçün qarpız yeyən zaman icazə verilən qlükoza normasından artıq qlükoza qəbul etmə riski artır. Bu zaman bədənə həddən artıq su yüklənər və su intoksikasiyasına səbəb ola bilər.
Məlum olduğu kimi, qarpızın tərkibində kalium bol miqdardadır. Bu maddə ürəyin sağlamlığına müsbət təsir edir, sümükləri və əzələləri möhkəmləndirir. Amma həddən artıq kalium ürək-damar sistemində problemlər yaradır.
Gün ərzində nə qədər qarpız yemək olar?
Peşəkar diyetoloqların sözlərinə əsasən, 100 qram qarpızın tərkibində 30 kalori var. Nəzərə alsaq ki, qarpız əsasən sudan ibarətdir, deməli, gün ərzində rahatlıqla 500 qram yemək olar. Bu isə 150 kalorilik qida deməkdir



Qarpızın az bilinən 6 FAYDASI
Qarpızın tumlarını atmayın - Faydaları sizi təəccübləndirəcək
Qarpızın orqanizmə 8 FAYDASI
Çuğundur bu dərdlərin dərmanı imiş
Şirin qarpızı necə seçmək olar? - 7 MƏSLƏHƏT
Böyrəkləri xəstə olanlara qarpız yemək faydalıdır yoxsa ziyanlı?
Qarpız haqqında bilmədiyiniz 8 fakt
Qarpızın inanılmaz faydası- VİDEO
Qarpız ucuzlaşdı
Çiyələyin yeni ziyanı üzə çıxdı
Yuxusuzluqdan əziyyət çəkənlər mütləq oxuyun
Azərbaycanda qarpız niyə bahalaşıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 