Paytaxtın Tiflis prospektində tətbiq olunan məhdudiyyət tam aradan qaldırılıb.
ONN media xəbər verir kik, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
O bildirib ki, prospektdə görülən təmir-bərpa işləri hazırda hərəkət iştirakçılarının yoldan rahat və təhlükəsiz istifadəsinə imkan yaradıb:
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işləri sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq, əsasən gecə saatlarında, eləcə də həftəsonları icra edilərək qısa müddət ərzində yekunlaşıb. Zərurət yarandığı hallarda gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz saatlarında da davam etdirilib. Bütün bu müddət ərzində hərəkət iştirakçılarının təhlükəsizliyi üçün DYP tərəfindən qabaqlayıcı tədbirləri görülüb.
Belə ki, təmirlə əlaqədar yolda tətbiq olunan məhdudiyyətlər, eləcə də hərəkətin təşkili ilə bağlı görülən tədbirlər barədə DYP tərəfindən əvvəlcədən ictimaiyyətə geniş məlumat verilib, habelə təmir işlərinin aparıldığı müddətdə sutka ərzində xidmətə cəlb olunan YPX əməkdaşları sürücü və piyadaların yoldan təhlükəzsiz və fasiləsiz istifadəsi üçün şərait yaradıb, bütün qüvvə və vasitələrdən istifadə olunmaqla hərəkət iştirakçılarının məmnunluğu təmin edilib".
"Bu barədə ictimaiyyət tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanan çoxsaylı müraciətlərdə təmirlə əlaqədar yaranan müvəqqəti narahatlığın anlayışla qarşılandığı bildirilib və YPX əməkdaşlarının onların təhlükəsizliyi və rahatlığı üçün fasiləsiz xidmət aparması xüsusi vurğulanıb",- DYP rəsmisi vurğulayıb.



Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ
Bu yol təmir olunacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ
Sürücülərin DİQQƏTİNƏ! Bu yolda...
Bu küçələrdən istifadə edənlərin NƏZƏRİNƏ
DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
DİQQƏT- Bu yolda hərəkət məhdudlaşdırıldı
Bu küçədə təmir işləri başa çatdı
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 