Artıq bir müddətdir ki, Ukraynada həbsdə saxlanan Vətən müharibəsi qazisi Misir Qasımlı aclıq aksiyasına başlayıb.
ONN media xəbər verir ki, bu barədə qazinin özü müraciət yayıb.
Misir Qasımlı qeyd edib ki, bu gün onun işi ilə bağlı keçirilən məhkəməyə gətirilməyib və məhkəmə yenidən qərəzli şəkildə təxirə salınıb:
"Məni yenə də gizlətdilər, bu gün keçirilən məhkəməyə aparmadılar. Məhkəmə isə sentyabrın 27-dək təxirə salındı. Hakim məni başkəsən kimi göstərib, həbs müddətimi artırmağa çalışır. Buna görə də dünəndən etibarən aclıq aksiyasına başlamışam".
Misir Qasımlı Azərbaycanın Ukraynadakı səfirliyinin onun və ailəsinin müraciətinə biganə yanaşmasından da şikayətlənib:
"Ailəm və anam dəfələrlə səfirliyə müraciət etsə də, onları heç qapıdan da buraxmayıb, "bu işlə biz məşğul olmuruq, gedin özünüz öz işinizlə məşğul olun" deyiblər. Məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etsəm də, 5 aydır ki, şikayətimə baxmır, daima məhkəməni təxirə salır. Beləliklə də, mənim işimə baxan birinci instansiya məhkəmələrinə, Apellyasiya Məhkəməsinə, işimə baxan müstəntiqlərə etiraz olaraq, aclıq aksiyasına başlamışam".
Qazinin bacısı Nəzakət Qasımova da müraciət yayaraq Azərbaycan hökumətindən kömək istəyib:
"Bu gün yenə də qardaşım məhkəməyə gətirilmədi. O da Ukrayna məhkəmə orqanlarının haqsızlıqlarına etiraz olaraq, aclıq aksiyasına başladı. Mən Azərbaycan rəhbərliyindən köməklik istəyirəm ki, onu bu haqsızlıqdan xilas etsinlər. Çünki mənim qardaşım haqlıdır və onun haqqını tapdalayırlar. Qardaşım Qarabağ qazisi, dövlətini, millətini sevən adamdır.
Bir sıra Azərbaycan mətbuat orqanlarında məlumat yayılır ki, guya Azərbaycan dövləti tərəfindən mənim qardaşıma kömək, dəstək olunur. Amma bu tamamilə yalandır, bir adam tərəfindən belə qardaşıma dəstək olunmayıb".
Xatırladaq ki, Vətən müharibəsi qazisi olan Misir Qasımlı bir müddət əvvəl sosial şəbəkələrdə videomüraciət yayaraq, bildirmişdi ki, əslən erməni olan İspaniya vətəndaşı onu məqsədli şəkildə şərləyib və nəticədə həbsxanaya salınıb. Misir Qasımlı sifarişli şəkildə həbsdə saxlanıldığını bildirmiş və bu səbəbdən öz ölkəsinin rəhbərliyindən və ictimaiyyətindən dəstək istəmişdi



Qazi Misir Qasımlı ilə bağlı xəbər var
Misir və Sübhanın həbsi ilə bağlı daha bir xəbər
Misir Qasımlıya görə etiraz aksiyası keçirilir?
Misir Qasımlı ilə bağlı çağırış edildi
Həbsdə olan azərbaycanlı qazi ilə bağlı xəbər var
Miri Qasımlıya hökm oxundu
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Qırğızıstanın sabiq prezidenti aclıq aksiyasına başladı
Azərbaycanlı fəallar İranda aclıq aksiyasına başlayıblar
Navalnı 24 gün sonra aclıq aksiyasını dayandırdı
Fuad Abbasovla bağlı YENİ XƏBƏR VAR
Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 