Prezident İlham Əliyev Yaponiyanın Baş naziri Fumio Kişidaya təbrik məktubu ünvanlayıb.
ONN media məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Baş nazir, bu il biz Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu əlamətdar hadisə ilə əlaqədar sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırıram.
Biz Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sevindirici haldır ki, ötən dövr ərzində dostluq əlaqələrimiz inkişaf etmiş, iqtisadiyyat, energetika, investisiya, maliyyə və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız genişlənmişdir. Yaponiyanı təmsil edən şirkətlər ölkəmizdə bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər. Eyni zamanda əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda səmərəli işbirliyimiz təqdirəlayiqdir.
Bu gün ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin və müxtəlif sahələrdə əməkdaşlığımızın daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, bu imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Yaponiya ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da inkişafına və möhkəmlənməsinə nail olacağıq.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yaponiya xalqına əmin-amanlıq və rifah diləyirəm".



Azərbaycan Prezidenti Yaponiyanın Baş nazirini təbrik etdi
İlham Əliyev Yaponiyanın yeni Baş nazirini təbrik etdi
İlham Əliyev Britaniyanın Baş nazirinə məktub göndərib
İlham Əliyev Koreyanın yeni prezidentini təbrik etdi
Əliyev-Orban arasında məktub mübadiləsi
İlham Əliyev koreyalı həmkarını təbrik edib
İlham Əliyev Türkmənistanlı həmkarını təbrik edib
İlham Əliyev Monteneqro prezidentini təbrik etdi
İlham Əliyev imperatora məktub yolladı
İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
İlham Əliyev Latviya prezidentinə məktub göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 