Tiktok sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır.
ONN media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.
"Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülmüşdür. Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı Tiktok sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, Tiktok sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmışdır.
Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır", - məlumatda qeyd edilib.



Azərbaycanda TikTok-un fəaliyyəti bərpa edildi
"TikTok"da da problemlər yarandı
TikTok-un fəaliyyəti yenidən bərpa olundu
Azərbaycanda TikTok bağlanılır?
TikTok-da qeyri-adi YENİLİK
Tiktoka məhdudiyyət aradan qaldırıldı
"TikTok" bu ölkədə də qadağan edilir
Ölkədə TikTok-a QADAĞA QOYULDU
TikTok bloklana bilər?
"TikTok" istifadəçilərinin NƏZƏRİNƏ!
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Ölkədə TikTok qadağan edilə bilər?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 