ONN İnformasiya Agentliyi

Çin lideri açıqladı- Ərazi bütövlüyünü dəstəkləyirik

Çin lideri açıqladı- Ərazi bütövlüyünü dəstəkləyirik
15-09-2022, 20:16

Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

ONN media xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Szinpin sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

Dövlət başçısı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib.

Si Szinpin bildirib ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png