Sumqayıtda orta məktəbin direktoru müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.
ONN media xəbər verir ki, hadisə Sumqayıt şəhər 32 saylı orta məktəbdə baş verib. Orta məktəbin direktoru Esmira Famil qızı İbrahimova sentyabrın 14-də müəllimlər üçün yaratdığı Vatsap qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib.
Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib. Direktor səs yazısında həmçinin müəllimləri əmək haqlarından da pul tutulacağı ilə də hədələyib.
Səs yazısında bildirilir ki, guya müəllimlərin hər birindən tələb olunan 50 manat məktəbin təmirinə xərclənəcək.
"Hörmətli müəllimlər, sabah hamı bir nəfər kimi işdə olur və təcili məktəbin uçuq-sökük yerlərini 4-5 gün ərzində təmir etməliyik. Ona görə sabah hamı bir nəfər kimi 50 manat gətirir. Şüşələr sınıqdı, salınacaq, dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək. Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək. Əgər çatsa. Ona görə hamı bir nəfər kimi sabah 50 manat pul gətirir.
15 gündə kim hansı gün məktəbə gəlməyibsə, həmin günü yazılmayacaq, o da başqa cür hesablanacaq. 3 gün kim işə gəlmədiniz, hamının gününü yazdıq, aldınız, xərclədiniz, halal olsun. İndi də məktəbi düzəltməliyik. Yəni o gəlmədiyiniz günlərə görə də maaşınızdan əlavə məbləğ çıxılacaq",- səs yazısında bildirilir.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma başlanılıb. Araşdırmanın yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veiləcək.



Səs yazısı yayılan direktor vəzifəsindən azad olundu
Daha bir məktəbdə rüşvət qalmaqalı: Direktorun SƏSYAZISINDA nələr var? - VİDEO
“Fond pulu” tələb edən sinif rəhbəri ilə bağlı xəbər var
Valideynlərdən pul tələb edən müəllimin aqibəti necə oldu?
Müəllimlərdən pul yığan direktor işdən qovuldu
Bu məktəbin direktoru cəzalandırıldı
Valideynlər məktəb direktorunu qovdu, nazirlik işə qarışdı
Azərbaycanda ŞOK: məktəbdə iki müəllim koronavirusdan öldü, direktor...
Nazir Elinanın məktəbinə ONU DİREKTOR TƏYİN ETDİ
Nazir daha bir direktoru işdən qovdu- SƏBƏB?
Bakıda məktəbin qadın müəllimləri DAVA ETDİ
Bakıda qalmaqallı məktəb direktoru işdən çıxarıldı – NAZİRDƏN YENİ TƏYİNAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 