Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Monqolustanın xarici işlər naziri Battsetseq Batmunx, Suriya Ərəb Respublikasının xarici işlər və xaricdə yaşayan suriyalılar üzrə naziri Fayssal Mekdad, Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Omar Huruse ilə görüşlər keçirib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ONN media-ya verilən məlumata görə, görüşlər zamanı tərəflər arasında Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət və əməkdaşlıq, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində sədrliyimiz dövründə ölkəmizin təşəbbüslərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və qarşıdan gələn planlar barədə həmkarlarını məlumatlandırıb. Qarşı tərəf Azərbaycanla həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ikitərəfli əsasda əməkdaşlığın daha da genişləndirilməsi niyyətində olduqlarını bildirdilər.
Daha sonra, digər qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə edilib.



Ceyhun Bayramov İranlı həmkarı ilə görüşüb
Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?
Ceyhun Bayramov Lavrovla görüşdü
Ceyhun Bayramov polşalı həmkarı ilə danışdı
Bayramov Çavuşoğlu ilə danışdı
Ceyhun Bayramov Uqandalı həmkarı ilə danışıb
Ceyhun Bayramov isveçli həmkarı ilə danışdı
Ceyhun Bayramov İsveçə getdi
İƏT ölkələrinə erməni təxribatından danışıldı
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Bayramov və Çavuşoğlu telefonla danışıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 