Rusiyada qismən səfərbərlik edildikdən sonra bu ölkədən Gürcüstana üz tutan insanların sayı durmadan artır. Səfərbərlikdən qaçan ruslar Gürcüstan sərhədini keçmək üçün təxminən 40 saata qədər gözləməli olurlar.
ONN media xəbər verir ki, hazırda Rusiya ilə Gürcüstan arasındakı yeganə quru sərhəd olan Yuxarı Lars sərhəd keçid məntəqəsində ümumi uzunluğu 20 kilometrdən çox olan tıxac yaranıb.
Sentyabrın 23-də axşam saatlarında Rusiya tərəfində sərhəddə 2 min minik avtomobili Gürcüstana keçmək üçün növbə gözləyib. Sentyabrın 24-də isə bu rəqəm azı 2 dəfə artıb. Hazırda Rusiya tərəfində tıxacın uzunluğu 20 kilometrdən də bir qədər çoxdur. Tıxacın artmasına səbəb Rusiya tərəfindən hərbi çağırış yaşlı insanların sərhədi keçmələrinə tətbiq olunan qadağalardır.
Hərbi çağırışdan yayınmaya görə vətəndaşların 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması ilə bağlı Rusiya Prezidentinin imzaladığı sərəncam vəziyyəti daha da gərginləşdirib. İndi bəzi insanlar bu qadağalara məhəl qoymadan qeyri-qanuni yolla Gürcüstana keçməyə cəhd göstərirlər. Bu isə Gürcüstan tərəfində ciddi narahatlıq yaradır.
Gürcüstan sərhəd polisi gücləndirilmiş iş rejiminə keçib.



Gürcüstan sərhəddində nə baş verir?
Rusiya Gürcüstanla sərhəddə texnika yeritdi
Rusiya-Gürcüstan sərhəddində son durum necədir?
Ermənistan və Rusiya arasında yeganə yol bağlandı
Yuxarı Larsda nə qədər maşın dayanıb?
Gürcüstana getmək istəyən ruslara çağırış vərəqəsi gəldi
SON DƏQİQƏ: Ermənistan Rusiya əlaqələri tamamilə kəsildi
Rusiyadan Türkiyəyə qarşı ŞOK ADDIM: Günlərdir ki...
Gürcüstan Ermənistanla sərhədləri BAĞLADI - Giriş-çıxış QADAĞAN EDİLDİ
Gürcüstan Rusiya ilə sərhəddi bağlayır?
"Yuxarı Lars"da son durum necədir?
Sərhəddə 20 kilometr tıxac
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 