Sentyabrın 28-də Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir.
Bu barədə ONN media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daha öncədən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb. Beləliklə də Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb.
Ermənistan tərəfinin artıq “ənənə” xarakteri almış təxribatlarının növbəti yüksək səviyyəli görüş ərəfəsində məqsədli şəkildə baş verməsi şübhə doğurmur. Xatırladırıq ki, Ermənistan, bu ilin 13 sentyabr tarixində saat 9:00-da əldə edilmiş atəşkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə görüşü ərəfəsində pozaraq, qəsdən gərginliyi artırmaqla təxribatlarını 36 saat davam etdirdi. İndi də həm, iki dövlət arasında yenidən təmasların baş tutduğu, növbəti görüşlərin planlaşdırıldığı bir vaxtda və bölgəyə beynəlxalq vasitəçilərin səfəri ərəfəsində Ermənistan eyni oyunu oynayır, insanları öz cılız siyasətinin qurbanına çevirir.
Aydındır ki bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir.
Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.
Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq.



Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Müdafiə Nazirliyi daha bir MƏLUMAT YAYDI: Sərhəddə artilleriyadan...
SON DƏQİQƏ: Ermənilər atəş açdı, hərbçimiz yaralandı
XİN: Ermənistanın bu cəhdləri qəbuledilməzdir
SON DƏQİQƏ: Ermənistan ordusu Kəlbəcər istiqamətində təxribat törədib
SON DƏQİQƏ: Ermənilər Kəlbəcər və Tovuzu atəşə tutdu
SON DƏQİQƏ: Ermənistan ordusu yenidən təxribat cəhd etdi
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Ordumuz cavab atəşi ilə düşməni susdurdu - RƏSMİ
SON DƏQİQƏ: Ermənistan atəşkəsi pozdu: Ordumuz cavab atəşi açdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 